Rusiya hüquq-mühafizə orqanları paytaxt universitetlərindən birinin tələbəsi Məryəm İsmayılovu axtarır. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, o, iyunun 12-də Moskvanın qərbindəki evindən doğmalarına universitetə gedəcəyini deyərək çıxıb və bir daha geri qayıtmayıb. Qızın yaxınları iddia edirlər ki, Məryəm də bir müddət əvvəl İŞİD-ə qoşulmaq üçün Türkiyəyə qaçan Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulovanın hərəkətini təkrarlayıb.
Məlumatda qeyd edilir ki, qızın atası Mansur İsmayılov həyat yoldaşından boşanandan sonra 4 qızını özü böyüdür, Məryəm isə onların arasında ən sözəbaxan olub. Atanın sözlərinə görə, 19 yaşlı qızının təhsillə bağlı heç vaxt problemi olmayıb, o, yazmağı və oxumağı özü öyrənib, uşaq vaxtından dinə meylli olub və bu, İsmayılovlar ailəsinin İslam dininə sitayiş etmələrindən irəli gəlir. Atası deyib ki, qızı İslam dinini özü öyrənib, ancaq yeganə şübhəsi Məryəmin qala paltara meylliliyi olub. Onun böyük bacısı da hicab taxır.
Kiçik bacısı Mədinə İsmayılova Məryəmi sonuncu dəfə görənlərdəndir. Mədinənin sözlərinə görə, bacısı sağollaşanda , o, buna ciddi əhəmiyyət verməyib. Mədinənin fikrincə, bacısı evdən İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulmaq üçün yox, ərə getmək niyyətilə qaçıb.
Atası isə qızının Varvara Karaulova kimi Türkiyəyə gedərək, oradan sərhədi keçməklə İŞİD-ə qoşulmaq istəyində olduğunu istisna etmir. Onun sözlərinə görə, Məryəm evdən gedəndə üstündə 30 min rubl pul olub.
Məryəm İsmayılovanın hansı millətdən olduğu barədə dəqiq informasiya verilmir. Rusiyanın bəzi KİV-ləri onun azərbaycanlı, digərləri tatar və ya özbək olduğunu iddia edib.
Modern.az