Modern.az

Taekvondoçularımız dörddəbirə adladı – SİYAHI

Taekvondoçularımız dörddəbirə adladı – SİYAHI

Təhsil

16 İyun 2015, 13:02


Birinci Avropa Oyunlarının beşinci günündə - iyunun 16-da “Baku Crystal Hall”da kişilər və qadınlar arasında taekvondo yarışlarına start verilib.

Ümumiyyətlə, yarışlarda hər ölkə dörd qadın və dörd kişi idmançı ilə təmsil olunur. Oyunlarda ölkəmizi taekvondo idman növü üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının 8 üzvü təmsil edəcək.

Modern.az xəbər verir ki, iyunun 16-da dayanq üzərində qadınlar arasında 49 və kişilər arasında 58 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayıblar.

Yarışda mübarizə aparacaq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Komandamızın üzvlərindən kişi taekvondoçulardan Məhəmməd Məmmədov (58 kq) israilli Gili Haimovitz, qadınlarda isə Patimat Abakarova (49 kq) rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa ölkələrindən 128 idmançının mübarizə aparacağı taekvondo yarışlarında ümumilikdə dörd gün ərzində səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

58 kq çəkidə ilk görüşdə almaniyalı Tuncat Levent islandiyalı Rafiei Meisamla, rusiyalı Arman İrgaliev yunanıstanlı Simitsis Georgiosla, ispaniyalı Tortosa Cabrera Jesus belaruslu İlya Kokşintsev, portuqaliyalı Rui Braganca isə türkiyəli Gorkem Sezer, moldoviyalı Dmitri Stepanov Milas Qladoviçlə dayanqlar üzərində görüşüb.

Qadınların yarışında isə 49 kq çəkidə Lucija Zaninovic (Xorvatiya) Terezia Pavkova (Slovakiya), İndra Kraen (Belçika) Tijana Bogdanovic (Serbiya), Kyriaki Kouttouki (Kipr) Loanna Koutsou (Yunanıstan), Brigida Yague (İspaniya) Erika Nikoli (İtaliya), türkiyəli Rukiye Yıldırm macarıstanlı Ivett Qonda ilə döyüşüb.

Qadınların yarışında ilk görüşdə rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Patimat Abakarova (49 kq) rəqibini 7:1 hesabı ilə məğlub edərək növbəti -dörddəbir final mərhələsinə yüksəldi.

İlk görüşdə kişilərin yarışında israilli Gili Haimovitzlə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Məhəmməd Məmmədov (58 kq) rəqibinə 7:4 hesabı ilə qalib gələrək növbəti dörddəbir final mərhələsinə adlayıb.  

taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) dörddəbir finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşacaq.

Qadınların yarışında isə Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) Yunanıstan idmançısı Loanna Koutsou ilə döyüşəcək.

ilk görüşdə kişilərin yarışında israilli Gili Haimovitzlə qarşılaşan taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) rəqibinə 7:4 hesabı ilə qalib gələrək növbəti dörddəbir final mərhələsinə adlayıb.


Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı