Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

16 İyun 2015, 13:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu sabahın hava proqnozunu açıqlayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, sabah - iyunun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun aran rayonlarında gecə 18-29, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı