Modern.az

Cövhər Dudayevin ailəsinə Britaniyada siyasi sığınacaq verilmədi

Cövhər Dudayevin ailəsinə Britaniyada siyasi sığınacaq verilmədi

Təhsil

16 İyun 2015, 13:53



London yüksək məhkəməsi Masud Dudayevə Böyük Britaniyada siyasi sığınacaq verilməsindən imtina edib. Modern.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin kürəkəni Masud Dudayev Böyük Britaniyaya 2013-cü ildə siyasi sığınacaq verilmədiyi üçün İsveçdən gəlib. Dudaev indi London yüksək məhkəməsinin qərarından apelyasiya şikayəti verməsi üçün razılıq almağa çalışır. Adıçəkilən məhkəmə instansiyası Böyük Britaniya Daxili İşlər Nazirliyinin Dudayevin və onun ailəsinin İsveçə deportasiyası haqda qərarını dəstəkləyib. Oradan isə onun Rusiya veriləcəyi mümkün görünür.

“Mənim müştərimin həyatına Rusiyada təhlükə gözlənilir”, - Dudayevlər ailəsinin vəkili Deniel Furner deyib. Onun sözlərinə görə, o, Dudayevin ailəsi ilə birlikdə Rusiyaya qayıtmamaq üçün mümkün qanuni vasitələr axtaracaq.

Çeçenistanın keçmiş prezidentinin kürəkəni 2003-cü ildə Böyük Britaniyada siyasi sığınacaq almış  Ahmad Zakayevin ailəsində yaşayır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı