Gürcüstanın prezidenti Georgi Marqvelaşvili parlamentin fövqəlada toplantısını çağırıb.
Modern.az gürcü mətbuatına istinadən bildirir ki, parlamentin fövqəlada iclası bu gün yerli vaxtla saat 18:00-da keçiriləcək.
Məlumata əsasən, xalqın seçdiyi nümayəndələr selin yaratdığı fəsadları aradan qaldırmaq üçün silahlı qüvvələrdən istifadə haqqında prezidentin fərmanını təsdiq etməlidir.
Qeyd edək ki, iyunun 13-dən 14-nə keçən gecə Tiflisdə güclü yağış nəticəsində Kür çayının daşıb və paytaxt Tiflisə xeyli ziyan dəyib.
Son məlumatlara görə baş vermiş hadisədə 15 nəfər ölüb.
Aytən ƏLİYEVA