Modern.az

BDU professoru Yunanıstanda - FOTO

BDU professoru Yunanıstanda - FOTO

Təhsil

17 İyun 2015, 14:15


Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar - mitinqi Yunanıstanın Patras Universitetində keçirilib.  BDU-dan Modern.az-a verilən məlumata görə, seminarda  İtaliyanın Sapienza, Fransanın Paris 13, o cümlədən Bakı  Dövlət, Azərbaycan İnşaat və Memarlıq və Qafqaz universitetlərinin nümayəndələri iştirak ediblər.

Layihənin rəhbəri, professor Luca Di Palma, Azərbaycan universitetləri üzrə coordinator professor Məhəmmədəli Ramazanov görülən işlər üzrə məlumat verib və gələcək perspektivlər müzakirə edilib.

Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında danışıqlar olub, ECONANO layihəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün əsasların olduğu qeyd edilib. Eyni zamanda yeni təhsil və elmi-tədqiqat layihəsinin hazırlanması ilə əlaqədar razılıq əldə olunub. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı