Modern.az

Türkiyədə 3 günlük matəm elan edildi

Türkiyədə 3 günlük matəm elan edildi

17 İyun 2015, 15:03


Baş nazir Əhməd Davudoğlu Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar bu gündən etibarən 3 gündəlik matəm elan edildiyini açıqlayıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Dəmirəlin cənazəsi cümə günü dövlət mərasiminin ardından şənbə günü doğulduğu kənddə - İslamköydə torpağa veriləcək.

Dəmirəlin ölməzdən əvvəl axşam yemək yediyi, ətrafındakılarla söhbət etdiyi, son ana qədər şüurunun yerində olduğu bildirilib.

Dəmirəlin qardaşı Şevket Dəmirəl narahatlığı səbəbi ilə İspartadakı evində, həkimlərin nəzarətində müalicə görür. Şevkət Dəmirələ xəstəliyi səbəbi ilə böyük qardaşının ölüm xəbəri hələ ki verilməyib.

Dəmirəl bir müddətdir tənəffüs yolları, böyrək və ürək çatmazlığı problemi səbəbi ilə Güvən Xəstəxanasında müalicə görürdü. Daha əvvəl eyni xəstəxanada sətəlcəm müalicəsi alan S.Dəmirəlin müalicəsi xüsusi otaqda davam etdirilirdi. O, ötən gecə yarısı vəfat edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı