Modern.az

“Biz Tbilisidən qaçan pinqvini yedirib-içirə bilərik” - Bakı Zooparkının direktoru

“Biz Tbilisidən qaçan pinqvini yedirib-içirə bilərik” - Bakı Zooparkının direktoru

17 İyun 2015, 15:29



“Biz həmin pinqvini Bakı Zooparkında saxlamağa hazırıq”. Bunu Modern.az saytına Bakı Zooparkının direktoru Azər Hüseynov bildirib.

Direktor, ümumiyyətlə, məsələdən xəbərsiz olduğunu qeyd edib: “İnformasiyanı sizdən eşidirəm. Kömək etmək lazımdırsa, biz buna hazırıq. Təbii ki, Gürcüstanın pinqvininə sahiblənə bilmərik, çünki ən azından doğru olmaz. Amma Tbilisi zooparkının səlahiyyətliləri gəlib çıxana qədər biz onu qidalandıra bilərik. Seçim onlarındır. Yəni kömək edib, saxlayıb, geri qaytara bilmək iqtidarındayıq”.

İyunun 14-də  gecə saatlarında leysan sularının yaratdığı daşqın nəticəsində Gürcüstan paytaxtı Tbilisidəki zooparkdan qaçan pinqvin Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı körpü ərazisindəki çayda aşkar olunub.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı