Modern.az

Azərbaycan gimnastlarından daha bir UĞUR

Azərbaycan gimnastlarından daha bir UĞUR

17 İyun 2015, 18:04


Azərbaycan gimnastları “Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində akrobatika üzrə qarışıq cütlüklərin balans hərəkətində finala çıxıblar.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Ulyana Dyakova və Anatoli Leonov 25.750 bal toplayaraq təsnifatda altıncı olublar. İdmançılarımız qazandıqları xal ilə finala keçiblər.

Daha əvvəl Ulyana Dyakova və Anatoli Leonov temp hərəkətlərində də finala çıxıblar. Bununla da hər iki idmançımız qarışıq ikinövçülükdə medallar uğrunda mübarizə aparacaqlar.

İyunun 21-də balans və temp hərəkətlərində final yarışları keçiriləcək.

Sevinc Yasinqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı