Avropa Oyunlarında sərbəst güləş üzrə növbəti qızıl medalın sahibi Xetaq Qayzumov da jurnalistlərə açıqlama verib.
Modern.az xəbər verir ki, o, açıqlamasında Bakıda qızıl medala sahib olduğu üçün çox sevincli olduğunu bildirib.“Çox xoşbəxtəm ki, doğma tamaşaçılarım qarşısında qələbə qazandım. Xüsusən Prezident İlham Əliyevin tribunada bizi izləməsi məni çox həyəcanlandırırdı. Onu da vurğulayım ki, Bakıda qızıl medal qazandığım üçün çox sevinirəm”.
Modern.az