Modern.az

Taekvondoçumuz ölkəmizə 11-ci qızıl medalı qazandırdı

Taekvondoçumuz ölkəmizə 11-ci qızıl medalı qazandırdı

17 İyun 2015, 22:51


Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqram çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Ayxan Tağızadə final görüşünə çıxıb.

Modern.az-ın məlumatına görə, o, finalda Karol Robakla qarşılaşıb.

Təmsilçimiz rəqibinə 10:9 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında 11-ci qızıl medalını qazanıb.

Qeyd edək ki, A.Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək 1/4 finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşıb. 19 yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. Bu mərhələdə Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edən Ayxan Tağızadə finala çıxıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı