Modern.az

Bu gün sərbəst güləş üzrə 4 idmançımız yarışacaq

Bu gün sərbəst güləş üzrə 4 idmançımız yarışacaq

18 İyun 2015, 11:01



İyunun 18-də Birinci Avropa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına yekun vurulacaq.

Modern.az xəbər verir ki, milli komandamızın 4 idmançısı bu gün meydana çıxacaq. 125 kq çəkidə Cəmaləddin Məhəmmədov litvalı Rudaviçius Conasla mübarizə aparıb. Cәmalәddin Məhəmmədov litvalı idmançını 10-0 təmiz qələbə ilə udub 1/8 finala vəsiqə qazanıb. Onun 1/8 finaldakı rəqibi Türkiyənin adlı-sanlı güləşçisi Taha Akgül olacaq. 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev erməni Franqulyan Valodya ilə üz-üzə gələcək. 70 kq çəki dərəcəsində Ruslan Dibirqac xalçaya çıxacaq. Onun rəqibi hələlik bəlli deyil. 86 kq çəkidə Nurmaqomed Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gələcək.

Sevinc Yasinqızı
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı