Modern.az

Ramazan bayramında 4 gün iş olmayacaq

Ramazan bayramında 4 gün iş olmayacaq

18 İyun 2015, 11:03


Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq.

Modern.az APA-ya istinadən bildirir ki, 18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 20 iyul qeyri-iş günüdür. Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4 gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü olacaq.

Qeyd edək ki, Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib və builki hesablamalara əsasən Ramazan ayının 1-i miladi təqvimlə bu günə - 18 iyuna təsadüf edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı