Modern.az

Daha 2 taekvondoçumuz yarışlarda irəliləyir

Daha 2 taekvondoçumuz yarışlarda irəliləyir

18 İyun 2015, 11:28



“Baku Crystal Hall”da Brinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.

Modern.az saytı xəbər verir ki, bu gün dayanq üzərində qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan aşağı çəki dərəcələrində taekvondoçular yarışacaq.

Qadınlar arasında 67 kq çəkidə yarışan dünya çempionatının bürünc mükafatçısı Azərbaycan taekvondoçusu Fəridə Əzizova Avropa çempionatının bürünc medalçısı, hollandiyalı Joyce van Baaren ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib.

Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani isə serbiyalı Damir Fejzic ilə mübarizədə rəqibini 12:0 hesabı ilə udub.

Sevinc Yasinqızı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı