Modern.az

Sabahın hava PROQNOZU - İstilər güclənəcək

Sabahın hava PROQNOZU - İstilər güclənəcək

Təhsil

18 İyun 2015, 12:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah - iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

İyunun 19-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR