Azərbaycan gimnastları “Bakı 2015” Birinci Avropa oyunlarında uğurlu çıxışlar edərək final mərhələsinə keçiblər.
Modern.az saytı xəbər verir ki, azərbaycanlı idmançılar akrobatika gimnastikası, aerobika, bədii gimnastika və batutda tullanma yarışlarında yaxşı nəticələr göstərib. Azərbaycan gimnastları yüksək nəticələr göstərərək akrobatik gimnastika və batutda tullanma yarışlarında final mərhələsinə keçiblər.
Final mərhələsi iyunun 21-də olacaq.