Modern.az

“Qəbələ RLS-in bağlanması xəstəliklərin sayını azaltmayıb” - Baş həkim

“Qəbələ RLS-in bağlanması xəstəliklərin sayını azaltmayıb” - Baş həkim

Təhsil

18 İyun 2015, 13:26

Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılan və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisindən hələ ki istifadə olunmur. Ümumiyyətlə, Qəbələ RLS istifadə olunan zaman onun ətrafa yaydığı radiasiyanın insanların səhhətinə mənfi təsir göstərməsi haqqında dəfələrlə bəyanatlar verilib. Qəbələ RLS-in təsir zonasında olan rayonlarda onkoloji xəstəliklərin artması ilə bağlı iddialar da səsləndirilirdi.

Artıq 3 ilə yaxındır Qəbələ RLS-dən istifadə edilmir. Bu Qəbələ RLS-in təsir zonasındakı rayonlarda xəstəliklərin sayına təsir edibmi?

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramov Modern.az-a açıqlamasında rayonda xəstəliklərin sayında ciddi dəyişikliyin olmadığını bildirib:

“Qəbələ RLS işləyən vaxtı rayonda onkoloji xəstəliklərdən əziyyət çəkənlərin çox olması haqqında fikirlər tamamilə yanlışdır. Biz onu o vaxtı da açıqlamışdıq. Regionlarda xərçəngdən əziyyət çəkənlər üzrə nəticələr necədirsə, bizdə də elədir. Heç bir fərq olmayıb və indi də yoxdur. Qəbələ rayonunda xəstəliklərin göstəricisi bütün Azərbaycanda olan xəstəliklərin göstəricisi kimidir”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR