ABŞ Konqresinin 288 üzvü İraqa ordu yeridilməsinin əleyhinə çıxıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu qətnamənin lehinə 120-si Demokratlar partiyasından olmaqla 139 nəfər səs verib.
Konqresin bir demokrat, iki respublikaçı üzvünün Konqresin müzakirəsinə çıxardığı qətnamədə 30 gün müddətində ABŞ ordusunun Suriya və İraqa yeridilməsi nəzərdə tutulur.
Sənədin müəlliflərin biri olan Cim Makqovern bəyan edib ki, ABŞ-ın İraq və Suriyada apardığı müharibəyə ölkə Konstitusiyasına əsasən Konqres razılıq verməlidir.
İyun ayının əvvəlində ABŞ prezidenti Barak Obama İraqa əlavə 450 nəfərlik qüvvə göndərilməsi haqda qərar verib. İndi bu ölkənin İraqdakı hərbi kontingentinin sayı 3,5 min nəfərdir.
ABŞ ötən ilin yayından İraq və Suriyanın ərazilərinin böyük hissəsini nəzarətə götürən İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirir.
Modern.az