Modern.az

“Bakı Avropa Liqası və ya Çempionlar Liqasının finalını keçirməyə hazırdır” - Tanınmış məşqçi

“Bakı Avropa Liqası və ya Çempionlar Liqasının finalını keçirməyə hazırdır” - Tanınmış məşqçi

Təhsil

18 İyun 2015, 15:48


“Barselona” və “Sevilya” arasında keçiriləcək UEFA Super Kuboku uğrunda qarşılaşma  avqustun 11-də Tbilisidəki “Dinamo” stadionunda baş tutacaq. Növbəti illərdə Avropa Liqasının və ya Çempionlar Liqasının final mərhələsinin, yaxud UEFA Super Kuboku oyununun Azərbaycanda təşkili mümkündürmü? Bunun üçün hansısa təkliflər varmı?

Modern.az saytı AFFA-nın Məşqçilər Komitəsinin sədri, tanınmış futbol məşqçisi Vaqif Sadıqovun fikirlərini öyrənib.

O bildirib ki, bu gün Azərbaycan ən böyük və ən mötəbər idman yarışlarını keçirməyə hazırdır: “I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması bunun əyani sübutudur. Azərbaycan inkişaf edib. Hesab edirəm ki, hər bir mötəbər oyuna ev sahibliyi etmək mümkündür. Arzulayaq və inanaq ki, ya Avropa Liqasının, ya da Çempionlar Liqasının finalı Azərbaycanda keçirilsin. Bunun üçün Azərbaycanın Bakı Olimpiya Stadionu kimi layiqli arenası da var”.

Vaqif Sadıqov hansısa təklifdən danışmaq səlahiyyətinin olmadığın vurğulayıb: “Ancaq onu deyə bilərəm ki, Azərbaycan bir ölkə kimi bu cür mötəbər yarışların keçirmək üçün tam hazırdır. Hesab edirəm ki, yarışlara ev sahibliyi etmək istəyi ölkənin özündən gəlməlidir. Məncə, ölkəmizin hər şeyə hazır olduğu vaxt bu addımı atmalıyıq. Əgər hər hansı təklif olunarsa, bunu müsbət qarşılamaq lazımdır”.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR