Modern.az

Taekvondoçularımızın daha bir UĞURU

Taekvondoçularımızın daha bir UĞURU

Təhsil

18 İyun 2015, 16:11


Azərbaycanlı taekvondoçu Fəridə Əzizova 1/4 final mərhələsinə keçib.

Modern.az saytı xəbər verir ki, 67 kq çəkidə xanımlar arasında yarışan təmsilçimiz türkiyəli idmançı Tatar Nur ilə qarşılaşıb.

Gərgin keçən döyüş təmsilçimizin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Yarımfinalda Fəridə Əzizovanın rəqibi isveçli Elin Yohansson olacaq.

Milad Beygi Xarçeqan 1/4 final mərhələsində britaniyalı taekvondoçu Lutalo Muhammedini udub. Təmsilçimiz vaxtından əvvəl - 17:5 hesablı qələbə ilə rəqibini udub. Bununla da təmsilçimiz yarımfinala yüksəlib.

O, yarımfinalda portuqaliyalı Julio Ferreyra ilə qarşılaşacaq.  

Sevinc Yasinqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR