Birinci Avropa Oyunlarında yarışan iki taekvonduçumuz finala vəsiqə qazanıb.
Modern.az saytı xəbər verir ki, 67 kq çəkidə təmsilçimiz Fəridə Əzizova isveçrəli Elin Yohanseni 5:2 hesabı ilə udub. Bununla da idmançımız finala çıxıb. 80 kq çəkidə yarışan təmsilçimiz Milad Beiqi Harçeqani portuqaliyalı Julio Ferreyra ilə qarşılaşıb. İdmançımız 6:2 hesabı ilə rəqibini udaraq finala çıxıb.
Sevinc Yasinqızı