Rusiyalı gimnast Aliya Mustafina Bakıda keçirilən Avropa Oyunlarında idman gimnastikası üzrə fərdi çöxnövçülükdə qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, o, 4 tapşırığın yekununa əsasən 58.566 bal yığıb.
Gümüş medala 56.699 bal toplayan isveçrəli gimnast Culiya Ştaynqruber yiyələnib.
Niderlandlı Like Vevers isə 55.056 göstərici ilə üçüncü olub.
Modern.az