Birinci Avropa Oyunlarında idman gimnastikası üzrə kişilər arasında fərdi çoxnövçülük yarışlarının final mərhələsi sona çatıb.
Modern.az saytının verdiyi xəbərə görə yarışda birinci yeri Ukrayna idmançısı Oleq Vernyayev tutub.
Azərbaycanı təmsil edən Oleq Stepko isə ukraynalı gimnastdan cüzi xalla geri qalaraq ikinci yerin sahibi olub.
Üçüncü yerdə isdə Rusiya idmançısı Nikita İqnatyev qərarlaşıb.
Vüqar İsmayılov