Sərbəst güləşçilərimiz bu gün Azərbaycana daha bir bürünc medal qazandırıblar.
Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının son günü Azərbaycan idmançıları növbəti bürünc medalı qazanıblar.
Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən dünya üçüncüsü Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Soslan Qaqloyevlə qarşılaşıb.
Rəqibindan daha üstün olan Cəmaləddin Məhəmmədov görüşdən 7:2 hesabı ilə qalib ayrılıb və Avropa Oyunlarının bürünc medalını əldə edib.
Bununla da güləşçilərimizin bu gün qazandıqları medalların sayı 3-ə, ümumilikdə isə 15-ə çatıb.
125 kq
1/16 final - Jonas Rudaviçius (Litva) - Cəmaləddin Məhəmmədov 0:10
1/8 final - Taha Akgül (Türkiyə) - Cəmaləddin Məhəmmədov 5:2
Təsəlliverici görüş - Cəmaləddin Məhəmmədov - Robert Baran (Polşa) 11:0
Bürünc medal görüşü - Soslan Qaqloev (Slovakiya) - Cəmaləddin Məhəmmədov 2:7