Modern.az

Taekvonduçumuz çempion oldu: Azərbaycanın qızıl medalları 12-yə çatdı

Taekvonduçumuz çempion oldu: Azərbaycanın qızıl medalları 12-yə çatdı

Təhsil

18 İyun 2015, 22:54

 

Azərbaycan taekvondoçuları “Bakı-2015”-də Azərbaycanın qızıl medallarının sayını 12-yə çatdırıblar.

Modern.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsinin final görüşündə Azərbaycan idmançısı Milad Beiqi Harçeqani rusiyalı Albert Qaun ilə qarşılaşıb.

İdmançımız rəqibini 9:4 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

İdmançımız həlledici qarşılaşmaya gedən yolda serbiyalı Damir Fejziçi, böyük britaniyalı Lutalo Muhammadı və portuqaliyalı Julio Ferreiranı mübarizədən kənarlaşdırıb.

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı