Bir neçə gün bundan öncə Türkiyənin 9-cü prezidenti Süleyman Dəmirəl 91 yaşında dünyasını dəyişdi. Sabiq lider şənbə günü torpağa tapşırılacaq.
Türkiyə gündəminin əsas hadisəsi olan Süleyman Dəmirəlin hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla son görüşü və o görüşdə dedikləri yerli medianın marağına səbəb olub.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dəmirəl onu ziyarət edən Ərdoğana son görüşü zamanı bəzi tövsiyyələr verib. İlk sözü isə “millətlə oynamayın” olub:
“Türkiyənin gənc prezidentisiniz. İşiniz çox çətindir. Allahdan sizə və türk xalqına yardım etməsini diləyirəm. Buna bu gün ehtiyacımız çoxdur. Bir şeyi səhv edirsiniz- millətlə oyamayın. Millətlə oynayanın sonu yoxdur”.Elmin NURİ