Dünən axşam saatlarından Füzuli rayonunda yanğın olub.
Modern.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaraxanbəyli kəndində baş verib.Vətəndaşa məxsus ərazidə 7 ha sahədə biçilməmiş arpa sahəsi və digər vətəndaşa məxsus ərazidə 3 ha sahədə biçilməmiş taxıl sahəsi, sahibi məlum olmayan ərazidə 27 ha sahədə biçilməmiş taxıl sahəsi və 360 ha kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az