Modern.az

Virus prezidentin reytinqini aşağı saldı

Virus prezidentin reytinqini aşağı saldı

19 İyun 2015, 12:40



Cənubi Koreyada yayılan MERS virusu ölkə prezidenti Pak Kın Xenin reytinqinin ciddi şəkildə aşağı düşməsinə səbəb olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkədə keçirilən ictimai rəy sorğusu nəticəsində vətəndaşların yalnız 29 faizinin dövlət başçısını dəstəklədiyi məlum olub. Bu isə bir həftə bundan öncəki göstəricidən 10 faiz azdır. Prezidentdən narazılar artaraq 61 faiz olub.

Sorğuda iştirak edən respondentlərin əksəriyyəti bunun səbəbini Cənubi Koreyada yayılan MERS virusuna qarşı mübarizədə prezidentin reaksiyasının gecikməsi ilə izah ediblər. Son məlumata görə, bu ölkədə MERS virusundan 24 nəfər ölüb, 166 nəfər isə xəstəliyə yoluxub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı