Modern.az

Kürdlərin partiyasından heç kim Dəmirəllə vidaya getmədi

Kürdlərin partiyasından heç kim Dəmirəllə vidaya getmədi

19 İyun 2015, 13:18

Türkiyə siyasət tarixinin ən ünlü simalarından biri olan 9-cu prezident Süleyman Dəmirəl Böyük Millət Məclisində son səfərinə yola salınıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, vida mərasiminə ilk gələn Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı olub.

Onun ardından Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu Dəmirəllə vidalaşmaq üçün parlamentə gəlib. Yan-yana dayanan Bağçalı və Kılıçdaroğlunun səmimi şəkildə görüşmələri də diqqətdən yayınmayıb.

Mərasimdə iştirak edənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, CHP-nin keçmiş sədri Dəniz Baykal, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Necdət Özel, 11-ci prezident Abdullah Gül, keçmiş baş nazirlərdən Tansu Çillər, nazirlər, CHP və MHP-dən millət vəkilləri də mərasimdə iştirak edib.

Süleyman Dəmirəlin TBMM-də təşkil edilən vida mərasiminə Xalqların Demokratik Partiyasından (HDP) heç kəsin qatılmaması da diqqət çəkib.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da Süleyman Dəmirəllə TBMM-də keçirilən vida mərasimində iştirak edir.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı