Tofiq Bəhramov adına Respublika Stadionunda qadın oxatanlar arasında fərdi mübarizədə Azərbaycanlı qadın oxatan 1/16 final mərhələsinə keçib.
Modern.az xəbər verir ki, 1/32 mərhələdən mübarizəyə başlayan qadın oxatanların yarışında Azərbaycanı təmsil edən Olqa Senyuk rumıniyalı Simona Bancilaya 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.İyunun 21-də qadınların fərdi mübarizəsinin 1/16 mərhələsində o, danimarkalı Maya Jagerlə qarşılaşacaq.
Sevinc Yasinqızı