Modern.az

Qaçqın və köçkünlərin sosial hüquqlarına dair təbliğat aparılıb

Qaçqın və köçkünlərin sosial hüquqlarına dair təbliğat aparılıb

19 İyun 2015, 13:30

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi  “Qaçqın və məcburi köçkünlər arasında sosial hüquqların təbliğ edilməsi ilə bağlı dəyirmi masaların keçirilməsi “ adlı layihəsinə əsasən Xəzər, Abşeron, Binəqədi və Şamaxı rayonlarında  sorgu və dəyirmi masalar keçirib.

Keçirilən həmin tədbirlərdə əvvəlcə layihə haqqında məlumat verən “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri  Rahilə Mehdiyeva bildirib ki, layihənin məqsədi qaçqın və məcburi köçkünlərə sosial hüquqlarının və və onlara verilən imtiyazların təbliği, qəbul olunan qanunlar, fərman və sərəncamlar, təlimatların onlara aşılanmasından ibarətdir.
“Məqsədimiz “Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin həlli üzrə" Dövlət Proqramında nəzərdə tutulan işlərin yerinə yetirilməsinə, bu kateqoriyadan olan insanların sağlamlıq və təhsil hüququndan səmərəli istifadəsinə dəstək göstərməkdir. 

2004-cü ildə Azərbaycan Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiq etməsi haqqında sərəncamı isə bu kateqoriyaya daxil olan insanların yaşayış şəraitinin xeyli dərəcədə yaxşılaşmasına kömək etdi. Bütün çadır şəhərcikləri ləğv edildi və  insanlar yeni salınan qəsəbələrə köçürüldü, müasir standartlara uyğun yaşayış imkanları ilə təmin edilir. Eyni zamanda ayrı-ayrı təşkilatların müxtəlif təyinatlı obyektlərində yerləşən ailələr yeni tikilən binalardakı mənzillərlə təmin edildi. Mənzil təminatının yaxşılaşdırılması tədbirləri bu gün də davam etdirilir”.

Layihə çərçivəsində imtiyazlar, vergi güzəştləri, kommunal xidmətlər haqqında maarifləndirici müzakirələr aparılıb. Müzakirələr zamanı həmin rayonlar ərazisində məskunlaşmış qaçqın və məcburi kökünlərin  nümayəndələri, icra qurumlarının təmsilçiləri iştirak ediblər.

Xəzər, Abşeron, Binəqədi və Şamaxı rayonlarında keçirilən müzakirələr zamanı tədbir iştirakçıları dövlətin onlara göstərdiyi qayğılardan razı olduqlarını bildirərək, yalnız tezliklə torpaqlarımızın azad olunmasını və öz doğma yurd- yuvalarına qayitmaqlarını arzu ediblər.

 

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı