Modern.az

“Ermənilər deyir ki, Şuşada Azərbaycan bayrağı dalğalanmalıdır” - AÇIQLAMA

“Ermənilər deyir ki, Şuşada Azərbaycan bayrağı dalğalanmalıdır” - AÇIQLAMA

19 İyun 2015, 14:51

Bayram Səfərov: “Jak For kimi axmağın sözünə kim baxar?”


“Jak Foru tanımıram, heç tanımaq da istəmirəm”. Bu sözləri Modern.az-a açıqlamasında

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun “Dağlıq Qarabağı Azərbaycan qaytarmaq mümkün deyil” fikrinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Jak Forun sözləri ilə heç kim hərəkət etməz:

“Ermənilərin özləri deyib ki, Şuşada Azərbaycan bayrağı dalğalanmalıdır. Jak For kimdir axı?! Elə axmaqların sözünə kim baxar? Onların deməyi ilə kim hərəkət edəcək? Mən də deyim ki, Fransanı Türkiyəyə, Əlcəzairə, Afrikaya vermək lazımdır. Mənim sözümlə kim hərəkət edəcək? Bunlar boş-boş sözlərdir”.

Dağlıq Qarabağın azərbaycanlıların olduğunu deyən icma sədri vurğulayıb ki, Azərbaycan xalqı tarixi torpaqlarına qayıdacaq: “Bu gün Azərbaycan ordusunun qarşısında onların dedikləri boş-boş sözlərdir”.

NATO Parlament Assambleyasının Yerevanda keçirilən “Rose-Roth” 89-cu seminarının iyunun 19-da keçirilən toplantısında ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun Dağlıq Qarabağı Azərbaycan qaytarmağın mümkün olmadığını qeyd edib.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR