Minsk polisi Belarusun “Yaşıllar” partiyasının fəalı Yuri Şulqanı saxlayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun seçki qərargahının rəhbəri Pavel Konovalçik deyib ki, Şulqan əvvəl cərimə olunduğu məbləği ödəmədiyi üçün saxlanılıb. Bu gün onun barəsində məhkəmənin qərar çıxaracağı gözlənilir.