Modern.az

“Avropa Oyunlarını dünyada 1 milyarddan çox adam izləyir” - Nazir

“Avropa Oyunlarını dünyada 1 milyarddan çox adam izləyir” - Nazir

19 İyun 2015, 16:25


“Birinci Avropa Oyunlarının yarışlarını yayımlamaq istəyən xarici televiziya və radio şirkətlərinin sayı artmaqdadır. Artıq dünyada bir milyarddan çox insan bu yarışları izləyir”.

Bu sözləri Yevlaxda jurnalistlərə müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir onu da bildirib ki, yarışların idarə olunması üçün lazım olan telekommunikasiya avtomatlaşdırma sistemləri uğurla həyata keçirilir:

“Telekommunikasiyada, radio və televiziya yayımında, internetin istifadəsində heç bir problem yoxdur”.

Sevinc Yasinqızı

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı