Modern.az

“İçərişəhər”də Ermənistanın hərbi təcavüzü haqqında elektron lövhə yerləşdirildi – FOTO

 “İçərişəhər”də Ermənistanın hərbi təcavüzü haqqında elektron lövhə yerləşdirildi – FOTO

19 İyun 2015, 18:13

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirib.  

Lövhənin hazırlanmasında məqsəd I Avropa Oyunları ilə əlaqədar ölkəmizə səfər edən çoxsaylı xarici vətəndaşların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlarla təmin edilməsidir.

Monitorda Şuranın Şuşa və Ağdam  haqqında çəkdiyi sənədli filmlər nümayiş etdirilir, eyni zamanda qaçan sətirlərlə işğal altında olan rayonlara dair informasiyalar verilir.

Məlumat lövhəsinə işğal altında olan ərazilərimizin fərqləndirildiyi xəritə və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə dair geniş statistik məlumatların əks olunduğu ingilis və rus dillərində bukletlər də yerləşdirilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı