Modern.az

Şəxsiyyət vəsiqəsi ilə xaricə gedib-gəlmək mümkün olacaq - Sərəncam verildi

Şəxsiyyət vəsiqəsi ilə xaricə gedib-gəlmək mümkün olacaq - Sərəncam verildi

19 İyun 2015, 20:12



Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə xaricə gedib-gəlmək mümkün olacaq. Modern.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Məcəllənin 10.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

“Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı