Modern.az

Taekvondoçu Radik İsayevə qızıl medalı Prezident İlham Əliyev təqdim edib

Taekvondoçu Radik İsayevə qızıl medalı Prezident İlham Əliyev təqdim edib

19 İyun 2015, 23:32

Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri taekvondoçumuzun final qarşılaşmasını izləyiblər.

Taekvondoçumuz Radik İsayevin finalda rəqibi Rusiya idmançısı Vladislav Larin olubu. Rəqibini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu olun. Bununla da Azərbaycanın aktivindəki qızıl medalların sayı 13-ə çatıb.

Mükafatlandırma mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim edib.

Birinci Avropa Oyunlarının çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səslənib, dövlət bayrağı dalğalanıb.

Xatırladaq ki, taekvondo yarışlarında Ayxan Tağızadə və Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıblar.
Birinci Avropa Oyunlarında ölkələrin medal sayıhısında Azərbaycan inamla 2-ci sirada addımlayır - Azərbaycanın aktivində 13-ü qızıl, 5-i gümüş, 12-si isə bürünc olmaqla 30 medal var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı