Modern.az

Türkiyənin yeni parlamenti 23 iyunda toplanır - AKP koalisiya qurmağın düsturunu tapdı

Türkiyənin yeni parlamenti 23 iyunda toplanır - AKP koalisiya qurmağın düsturunu tapdı

Təhsil

20 İyun 2015, 00:21


Parlament seçkilərində lazım olan qədər səs toplaya bilmədiyi üçün koalisiya hökuməti qurmaq məcburiyyətində qalan hakim Ədalət və İnkişaf Partiyası (AKP) problemdən çıxış yolu tapıb. Modern.az saytının “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Milliyətçi Hərəkat Partiyası (MHP) ilə koalisiya qurulmasına müsbət yanaşan AKP maneələrin ortadan qaldırılması üçün hazırlığa başlayıb.

Qeyd edilir ki, AKP parlamentə düşə bilən CHP və HDP ilə müqayisədə MHP-nin iştirak edəcəyi koalisiyanın qurulmasında daha maraqlıdır.  Məlumata görə, artıq AKP qərargahında MHP-nin koalisiya üçün qarşıya qoyduğu 3 şərti müzakirə edirlər.

Türkiyə Yüksək Seçki Kurulu  7 iyun seçkilərinin yekun  nəticələrini elan edib. Bu nəticələrə görə, Türkiyə Böyük Millət Məclisində AKP  258, CHP 132, MHP 80 və HDP 80 millət vəkili ilə təmsil olunacaqlar.

Bu arada Türkiyə Böyük Millət Məclisinin yeni heyətlə ilk iclasının tarixi də məlum olub. Belə ki, Məclisin 23 iyun tarixində toplanacağı bildirilib. İclasda millət vəkilləri and içəcəklər. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yeni hökumət üçün görəvləndirməni andiçmə mərasimindən sonra edəcəyi vurğulanır.

Yeni hökuməti hazırki baş nazir Əhməd Davudoğlu qurmalıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı