Modern.az

Azərbaycanlı boksçu bu gün erməniylə döyüşəcək

Azərbaycanlı boksçu bu gün erməniylə döyüşəcək

Təhsil

20 İyun 2015, 11:36

İyunun 20-də Birinci Avropa Oyunları ərzində Azərbaycan yığmasının boksçusu erməni ilə mübarizə aparacaq.
Modern.az saytı xəbər verir ki, bu gün iki boksçumuz rinqə çıxacaq.

52 kq çəkidə 1/8 final mərhələsində mübarizəyə qoşulacaq Elvin Məmişzadənin rəqibi Avropa çempionu irlandiyalı Mayls Kesi olacaq. Boksçumuz saat 14:15-də rinqə çıxacaq. 60 kq çəkidə WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla görüşəcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.

Sevinc Yasinqızı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı