Modern.az

Final mərhələsinə keçən gimnastımızın TƏƏSSÜRATLARI

Final mərhələsinə keçən gimnastımızın TƏƏSSÜRATLARI

Təhsil

20 İyun 2015, 11:40


“Bakı 2105” Birinci Avropa Oyunlarında bədii gimnastika yarışlarında final mərhələsinə keçən Azərbaycan gimnastı Marina Durunda çıxışından razıdır.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanı təmsil edən gimnast deyib. Marina Durunda yarışlar zamanı yaxşı çıxış etdiyini düşünür:

"Proqramın birinci növündə səhvə yol verdim, ona görə də gürzlərlə hərəkətdə final mərhələsinə çıxa bilmədim. Amma qalan üç hərəkətdə çıxışım yüksək səviyyədə idi. Əlbəttə, daha yaxşı etmək olardı, mükəmməllikdə sərhəd yoxdur. Amma bu idmandır. Həmdə azda olsa həyəcanım var.

Çünki doğma divarlar arasında çıxış edirik, bütün ölkə bizi dəstəkləyir, bizə inanır və bizə görə həyəcan keçirir. Belə dəstəklə finalda medal uğrunda mübarizə apara biləcəyimi düşünürəm”.

Sevinc Yasinqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı