Braziliya millisinin və “Barselona” klubunun hücumçusu Neymar idmançıya yaraşmayan davranışına görə 4 ay meydana çıxa bilməyəcək.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, iyunun 17-də Amerika Kuboku uğrunda yarışda Kolumbiya ilə keçirilən oyunda qırmızı vərəqə alıb. Məlumatda qeyd edilir ki, oyun başa çatandan sonra Neymar kolumbiyalı futbolçu Pablo Armeronun ayağına zərbə vurub və rəqib komandanın digər oyunçusunu başı ilə itələyib. Bu hərəkətinə görə qırmızı vərəqə alan Neymar Braziliya millisinin heyətində növbəti 4 oyunda iştirak edə bilməyəcək. Bundan əlavə, 0 10 min dollar cərimə də ödəyəcək. Braziliya Kolumbiya ilə oyunda 1:0 hesabı ilə məğlub olub. Braziliyalıların növbəti oyunu Venesuela millisinə qarşı olacaq.
Modern.az