İyunun 19-na keçən gecə infarktdan vəfat etmiş Ukraynadakı Azərbaycan diasporunun fəallarından biri Xəqanı Hüsenli torpağa tapşırılıb.
Modern.az xəbər verir ki, dostlarının Facebook-da bildirdiyinə görə, Xaqani Hüseynli Dnepropetrovsk vilayətinin Sarıçansk rayonundakı kənd qəbirsanlığında dəfn edilib. Mərhumun milliyətcə ukraynalı olan həyat yoldaşı və övladları onun nəşinin məhz orada dəfn edilməsini istəyiblər. Dəfndə Ukraynanın bütün bölğələrindən çoxlu soydaşımız iştirak edib.
“Silahlı qüvvələrin döyüşçülərinin yaylım atəşlərindən tutmuş, 1990 illərin əvvəllərində Bakı şəhərinin rayonlarından birində icra başçısı işləyərkən onunla çiyin-çiyinə çalışmış dostlarının çıxışlarına qədər bütün mərasim kəndin yerli sakinlərinə onların qəbiristanlığında heç də adi olmayan bir insanın dəfn edildiyindən xəbər verirdi”,-deyə mərasim iştirakçıları bildiriblər.
Xəqani Hüseynli Ukraynadakı ucqar kənd qəbirsanlığında dəfn edilən ilk müsəlman olub.
Qeyd edək ki, mərhum Elçibəy iqtidarı zamanı Bakının Nizami rayonunun icra başçısı işləyib. Sonralar Ukraynaya köçüb, orada yaşayır və işləyirdi. O, Ukrayna prezident Viktor Yuşşenkonun müşaviri də işləyib.
Modern.az