Modern.az

Azərbaycan Avropa Oyunlarında növbəti qızıl medalı qazandı - FOTO

Azərbaycan Avropa Oyunlarında növbəti qızıl medalı qazandı - FOTO

20 İyun 2015, 21:10


Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir.

Modern.az-ın məlumatına görə, idman gimnastikasında kişilər arasında paralel qollarda hərəkətlərin final yarışması başa çatıb.

Azərbaycanlı gimnast Oleq Stepko idman gimnastikası üzrə yarışlarda paralel qollarda hərəkətlər növündə qızıl medal qazanıb. O, 15.733 bal toplayıb.

Gümüş medalı rusiyalı gimnast David Belyavskiy, bürünc medalı isə rumıniyalı gimnast Marius Berbekar qazanıb.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı