Modern.az

Putin keçmiş arvadı haqda DANIŞDI

Putin keçmiş arvadı haqda DANIŞDI

Təhsil

20 İyun 2015, 21:55


Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila, eləcə də qızları Mariya və Yekatirina ilə çox yaxşı əlaqəsi var. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Putin özü Sankt-Peterburqda xarici informasiya agentlikləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, hərdən gecə saat 2-yə qədər ailə üzvləri ilə kiçik məsələlər haqda danışdığı üçün yatmır. Şəxsi həyatı ilə bağlı suala gəldikdə, Putin belə deyib: “Mənim gələcəklə bağlı planlarım var, ancaq məndə hər şey qaydasındadır”.

Ötən ilin aprel ayında isə Rusiya dövlət başçısı şəxsi həyatı, eləcə də kimin ölkənin birinci ledisi kimi təmsil etdiyi ilə bağlı suala cavab verməkdən yayınaraq belə demişdi: “Mən əvvəlcə keçmiş arvadımı, Lyudmila Aleksandrovnanı ərə vermək, sonra özüm haqda düşünməyim lazımdır”.

Vladimir və Lyudmila Putinlər boşanmaq niyyətində olduqlarını 2013-cü il iyunun 6-da elan ediblər. Onlar demək olar 30 il nikahda olublar. Keçmiş ərlə-arvad boşanmalarının səbəbi kimi Putinin vaxtının demək olar hamısını işə sərf etməsi, uşaqları Mariya və Katerinanın artıq böyümələri ilə izah edirdilər.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı