Modern.az

Avstriyadakı səfirimiz: “Bakıda avstriyalı idmançının ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”

Avstriyadakı səfirimiz: “Bakıda avstriyalı idmançının ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”

20 İyun 2015, 22:20

“Vanessa Sahinoviçin vəziyyəti sabitdir”

İyunun 11-də Bakıdakı Avropa Oyunlarının Atletlər Kəndindəki qəza nəticəsində yaralanmış avstriyalı idmanı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlər yalandır.

Bunu  Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib.

“Mən dünən də, bu gün də xəstəxanada olmuşam və onun həkimləri ilə danışmışam.

V.Sahinoviçin vəziyyəti sabitdir və səhhətində heç bir dəyişiklik yoxdur. Bəzi mətbuat orqanlarının bu xəbəri haradan aldığını bilmirəm, amma bu əsassız və yalan xəbərdir” – deyə səfir qeyd edib.(Apa)  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı