Modern.az

Süleyman Dəmirəl dəfn edilib

Süleyman Dəmirəl dəfn edilib

Təhsil

20 İyun 2015, 22:47


Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl iyunun 20-də torpağa tapşırılıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dəmirəlin cənazəsini Ankaradan İspartaya aparan təyyarəni F-16 qırıcıları müşayiət edib.

S. Dəmirəlin cənazəsi doğulduğu kəndə - İsparta vilayətinin Atabəy rayonunun İslamköy kəndinə aparılıb. Burada onunla vida mərasimi təşkil olunub. Daha sonra S.Dəmirəlin cənazəsi anıt məzar yeri olaraq müəyyən edilən İslamköydəki Çalçatəpədə torpağa tapşırılıb.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı