Modern.az

Azərbaycanda hərbçilər qəzaya düşdü - 5 nəfər öldü

Azərbaycanda hərbçilər qəzaya düşdü - 5 nəfər öldü

21 İyun 2015, 07:59



Qax rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Modern.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Qax-Şəki yolunun 1-ci kilometrliyində baş verən hadisə nəticəsində 5 nəfər ölüb.

Məlumata görə, Şəkidən Qax istiqamətinə hərəkət edən 10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes"lə toqquşub. Hadisə nəticəsində "Mercedes"də olan sürücü və sərnişin olay  yerində ölüb. "Niva" markalı avtomobildə olan və Sərhəd Qoşunlarının əməkdaşları olduğu güman edilən hərbçilər də dünyasını dəyişib.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi güman olunur.

Ağır yol qəzası nəticəsində ölən beş nəfərin adları məlumdur:

"Niva" markalı avtomobilin sürücüsü və sərnişinlər:

kiçik gizir - Abbasov Maarif Əlican oğlu
kiçik gizir - Niftiyev Əjdər Paşa oğlu
kiçik gizir - Şəmilli Anar İxtiyar oğlu

"Mercedes" markalı avtomobilin sürücüsü və sərnişin:

Məcidov Samir Teymur oğlu
Tosov Pərviz  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR