Modern.az

Azərbaycanın bədii gimnastı gümüş medal qazandı

Azərbaycanın bədii gimnastı gümüş medal qazandı

21 İyun 2015, 20:29

İyunun 21-də I Avropa Oyunlarında Bədii gimnastika yarışlarında lentlə fərdi çıxışlar olub. ​Yarışda Azərbaycanı Marina Durunda təmsil edib.
Lentlə fərdi çıxışlarda Azərbaycanı təmsil edən Marina Durunda 18.200 xalla gümüş medal qazanıb. Yarışın qalibi Rusiya gimnastı Yana Kudryavtseva olub. O, 19.000 xalla birinci yerə çıxıb. 

Bürünc medalın sahibi isə 17.950 xal toplayan Salome Pazhava (Gürcüstan) olub.

***

Gürzlərlə fərdi çıxışların da qalibi Rusiya gimnastı Yana Kudryavtseva olub. O, 19.200 xalla birinci yerə çıxıb.

Qanna Rizatdinova (Ukrayna) 18.550 xalla ikinci yeri tutub. Bürünc medala isə 18.150 xal toplayan Melitina Stanyutaya (Belarus) layiq görülüb.

Bədii gimnastika yarışları başa çatıb.

Modern.az

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR