Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsinin son oyunları keçirilib.
A qrupunda Azərbaycan millisi ilə Türkiyə millisinin qarşılaşması böyük maraq doğururdu.
Hər iki komanda artıq 1/4 finala vəsiqəni təmin etsə də, bu mübarizə 1-ci yer uğrunda gedib.
Modern.az xəbər verir ki, görüşdə Türkiyə millisi daha yaxşı oyanaraq komandamıza qalib gəlib - 3:0.
Beləliklə Azərbaycan millisi qrupu 2-ci yerdə başa vurub. 1/4 final oyunu iyunun 23-də keçiriləcək. Komndamızın rəqibi hələ məlum deyil.
Modern.az