
Rusiyanın şimal paytaxtı Peterburqda iyunun 20-də başa çatan beynəlxalq iqtisadi forumu Neva sahillərinə təkcə biznes-elitanı yox, həm də tanınmış artistləri, modelləri və filantropları da toplayıb.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, tədbirin ilk günündə Peterburqa Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin həyat yoldaşı Karla Bruni də gəlib.
Bruni Sankt-Peteburqdakı Mərmər sarayında Uinston Çörçilin nəvəsi , eləcə də İspaniya kralı Xuan Karlosun dostu, xeyriyyəçi Korinna zu Sayn Vittqenşteynlə də görüşüb, onlarla birgə şam edib. Fransanın keçmiş birinci ledisi sonra qonaqlar üçün öz repertuarından bir neçə romantik ballada ifa edib.
Modern.az